Milli bu gün Avropa çempionatında 1/8 final matçına çıxacaq

Minifutbol üzrə millimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/8 final matçına çıxacaq.

Sportline.az xəbər verir ki, komandamızın rəqibi Bolqarıstan seçməsidir.

Oyun saat 19:30-da başlanacaq.

Qeyd edək ki, milli qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala maksimum nəticə ilə yüksəlib. Bolqarıstan isə Gürcüstan, Serbiya və Portuqaliya ilə mübarizə apardığı E qrupunda 6 xalla ikinci olub.

Milli qələbə qazanacağı təqdirdə, 1/4 finalda Qazaxıstan - Sloveniya matçının qalibi ilə üz-üzə gələcək.