Milli FİFA-nın yeni reytinqində gerilədi
Milli komandaların reytinq cədvəli açıqlanıb. Sportline.az xəbər verir ki, Azərbaycan seçməsi FİFA-nın bu aya olan siyahısında 13 pillə geriləyib. Seçmə mərhələnin son oyunlarında Norveçə 0:2 hesabı ilə uduzub, San-Marinoya 5:1 hesabı ilə qalib gələn komandamız böyük xal itkisi ilə üzləşib. Xal hesabımız 427-dən 388-ə qədər azalıb ki, nəticədə, ötən ay 79-cu olan milli hazırda 92-ci yerdədir.
İlk onluqda vəziyyət belədir:
1 (2). Almaniya – 1606
2 (1). Braziliya – 1590
3 (6). Portuqaliya – 1386
4 (3). Argentina – 1325
5 (9). Belçika – 1265
6 (5). Polşa - 1250
7 (4). İsveçrə - 1210
8 (10). Fransa – 1208
9 (7). Çili – 1195
10 (8). Kolumbiya – 1191.
Millimizin təsnifat mərhələsindəki rəqiblərinin mövqeləri:
1 (2). Almaniya – 1606
20 (23). Şimali İrlandiya - 945
58 (40). Çexiya - 630
73 (85). Norveç - 472
204 (204). San-Marino – 10