Milli komanda Almaniyada hazırlaşır

Azərbaycan cüdoçuları Almaniyanın Hennef şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Sportline.az saytına ACF-dən verilən məlumata görə, hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Toplanışa Fransa, Almaniya, İtaliya, Belçika, Avstriya, Çexiya, Serbiya və digər ölkələrin yığmaları da qatılıb.

Hennef toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandanın üzvləri baş məşqçi Ruslan Maşurenko və böyük məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Tokio Yay Olimpiya Oyunlarına hazırlaşırlar.