Milli komanda toplanışa başladı

Kişi boksçulardan ibarət milli komanda yeni ilin ilk təlim-məşq toplanışına başlayıb.

Sportline.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu seçmə hazırlığa Göygöldə başlayıb.

Yeni baş məşqçi toplanışa 36 boksçu cəlb edib.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq prosesi yanvarın 25-də yekunlaşacaq.