Milli komandamız son oyuna çıxır

21 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində son oyuna çıxacaq.

Sportline.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gələcək.

İsveçli Kasper Syiberqin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Azərbaycan seçməsi 9 oyuna 6 xal toplaya bilib və hazırda 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri isə 8 oyuna maksimum nəticə ilə liderdir.

2-ci qrupun digər matçında Gürcüstan Slovakiya ilə, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
22:00. İsveçrə - Azərbaycan
Baş hakim: 
Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”