Milli komandamız ukraynalıya həvalə olundu

Karate üzrə qadınlardan ibarət seçmə komandamızın baş məşqçi postunda dəyişiklik olunub.

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun verdiyi xəbərə görə, qadın millimizin baş məşqçisi vəzifəsinə ukraynalı Denis Morozov təyin edilib.

O, bu postda Anar Allahverdiyevi əvəzləyib. Bu dəyişiklik Allahverdiyevin həm də yeniyetmə və gənclər millimizin baş məşqçisi olması və bu üzdən işlərinin çoxluğu ilə əlaqədardır.

Qeyd edək ki, Denis Morozov həm də dünya çempionumuz İrina Zaretskayanın şəxsi məşqçisidir. (Oxu.az)