Milli komandanın heyəti açıqlandı

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinə qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportline.az milli federasiyanın rəsmi saytına sitinadən xəbər verir ki, yarışda 17 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Kişilər arasında Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və Camal Feyziyev (+100 kq) qüvvələrini sınayacaqlar.

Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə qadınların yarışında ölkənin şərəfini qoruyacaqlar.

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun qatılacağı turnirdə idmançılar Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları da qazanacaqlar. Böyük Dəbilqə 23 - 25 oktyabrda gerçəkləşəcək.