Milli komandanın heyəti müəyyənləşdi

Noyabrın 22-də Yaponiyanın Osaka şəhərində kişi cüdoçuların “Böyük Dəbilqə” turniri başlanacaq. 

Sportline.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan seçməsi də qüvvəsini sınayacaq. 

Məşqçilər korpusu artıq yarışda Davud Məmmədsoy, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək. Əsas heyət üzvlərindən Rüstəm Orucov (81 kq) heyətdə yer almayıb. 

“Böyük Dəbilqə”də 80 ölkədən 307 idmançının iştirakı gözlənilir.