Milli komandanın mükafatı açıqlandı
Almaniya Futbol İttifaqı Qətərdə keçiriləcək dünya çempionatında qalib gələcəyi təqdirdə milli üzvlərinə veriləcək mükafatın məbləğini açıqlayıb.
Sportline.az xəbər verir ki, Hans-Diter Flikin baş məşqçi olduğu komanda DÇ-2022-nin qalibi olsa, hər futbolçuya 400 min avro ödəniləcək.
Milli üzvləri gümüş medal üçün 250 min avro, üçüncü yerə görə 200 min avro alacaq.
Bundestim qrupdan çıxsa, oyunçulara 50 min avro, 1/4 final mərhələsinə görə 100 min avro, yarımfinal üçün isə 150 min avro veriləcək.
Qeyd edək ki, Almaniya seçməsi 20 noyabr-18 dekabrda keçiriləcək DÇ-2022-də İspaniya, Kosta-Rika və Yaponiya ilə eyni qrupda mübarizə aparacaq.