Milli komanda son oyunda da uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb.

Sportline.az xəbər verir ki, milli Latviyada meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 daha öncə Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.

Xal durumu: Bolqarıstan – 9, Latviya – 6, Monteneqro – 3, Azərbaycan - 0.