Milli Qazaxıstana yollandı
Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Sportline.az xəbər verir ki, seçmə komanda avqustun 30-dan sentyabrın 3-dək Aktauda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Yarışda məşqçilər Ceyhun Abiyev və İlham Əlimzanov Həsən Məlikov (48 kq), Rüfət Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maksud Xasmetov, Əzrək Bəbirov (hər ikisi 57 kq), Fuad Tarverdi (60 kq), Ruslan Rüstəmov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Niyaməddin Allahverdiyev, Rəşid Həsənov (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Rasim Çobanlı (hər ikisi 75 kq), Fərid Qəribov (80 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimova (92 kq) şans verəcək.
Turnirin hakimləri sırasında azərbaycanlı referi Etibar Alıyev də olacaq.
Qeyd edək ki, milli komanda sentyabrın 5-də Bakıya qayıdacaq.