Milli sonuncu oyununu keçirib
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda sonuncu oyununu keçirib.
Sportline.az xəbər verir ki, U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.