Milli Türkiyə seçməsinə uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.
Sportline.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi millimiz üçüncü matçında Türkiyə seçməsinə 0:3 hesabı ilə uduzub.
Millimiz daha əvvəl İran və Tacikistan yığmalarını 3:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan kollektivinə qarşı keçirəcək.