Milli üzvündən iddialı açıqlama

Almaniya millisinin üzvü Tomas Müller AVRO-2024-lə bağlı proqnozunu açıqlayıb.

Sportline.az xəbər verir ki, "Bavariya"nın yarımmüdafiəçisi Almaniya seçməsini əsas favorit hesab etdiyini bildirib.

"Bəli, biz buna qadirik. Əvvəlki kimi buna əminəm. Amma, məsələyə soyuqqanlı yanaşmalıyıq. Yoxsa acısını çəkməli olacağıq. Evdə keçirilən yarışda azarkeşlərimizi sevindirməyə borcluyuq", - deyə Müller X sosial şəbəkəsindəki "Bayern & Germany" səhifəsinə bildirib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.