Milli və kəmər güləşi üzrə ölkə çempionatı və birinciliyi keçirilib

Milli və kəmər güləşi ölkə birinciliyi və çempionatı keçirilib.

Sportline.az xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində təşkil edilən yarışlar maraqlı mübarizə şəraitində keçib.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Qurbanov Kazım Xanlar oğlu yarışın əhəmiyyətindən danışıb. O, bu cür yarışların milli idman növlərinin ölkənin bütün bölgələrində kütləvi hal almasında böyük rol oynadığını bildirib.

Milli güləş üzrə komanda hesabında 1-ci yeri Cəlilabad, 2-ci yeri Şabran, 3-ci yeri isə Təhsil kollektivi tutub. Kəmər güləşi üzrə yarışda isə Cəlilabad 1-ci, Şabran 2-ci, Bərdə idmançıları isə 3-cü olublar.

Yarışlarda 15 komandanın tərkibində 150-dən cox güləşçi iştirak edib. Qalib və mükafatçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycan Milli İdman Növləri Assosiasiyası tərəfindən diplom və medallarla təltif edilib.