Milli yenə İranla bacarmadı

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, qarşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsilə başa çatıb. Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.

Azərbaycan ilk matçda da İrana uduzmuşdu - 2:3.

Bu komandalar arasında sonuncu oyun avqustun 25-də olacaq.

Banner