Dünya reytinqi: Millimiz 11-ci pillədə

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, ötən dəfə ilə müqayisədə mövqeyi dəyişməyən Azərbaycan seçməsi yenə 11-cidir. Joze Alesionun rəhbərlik etdiyi komandanın aktivində 1430 xal var.

11. Azərbaycan - 1430
12. Xorvatiya - 1412
13. Kolumbiya - 1411
14. Yaponiya - 1388
15. Serbiya - 1364

İlk "10-luq"da da dəyişiklik olmayıb:

1. Braziliya - 1885
2. İspaniya - 1791
3. Argentina - 1663
4. Rusiya - 1661
5. Portuqaliya - 1658
6. İran - 1653
7. Qazaxıstan - 1540
8. İtaliya - 1509
9. Ukrayna - 1488
10. Paraqvay – 1468

Azərbaycan millisinin DÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərinin mövqelərinə gəlincə,

28. Slovakiya – 1192
46. Moldova – 994 
58. Monteneqro – 903.