Millimiz heç-heçə ilə "elit-raund"a yüksəldi

19 yaşadək qızlar arasında Avropa çempionatının təsnifat mərhələsi davam edir. SportLine.az xəbər verir ki, 4-cü qrupda mübarizə aparan Azərbaycan seçməsi bu gün sonuncu oyununa çıxacaq. Rəqib Albaniya millisi olacaq.

İki görüşdən sonra aktivində 3 xalı olan seçməmiz, autsayder mövqeyində qərarlaşan rəqibi ilə oyunda da qələbəyə iddialıdır.

Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar, həmçinin üçüncülər arasında daha yaxşı göstəriciyə malik 4 yığma elit-raunda yüksələcək.


31 oktyabr 2017
19 yaşadək qızlar arasında Avropa çempionatının təsnifat mərhələsi
4-cü qrup, 3-cü tur

Albaniya - Azərbaycan - 0:0
Baş hakim: Tanya Raçiç (Bosniya və Herseqovina)
Durres. Niko Dovana stadionu

Ukrayna - İspaniya - 0:4

1

İspaniya

3

3

0

0

18-0

9

2

Azərbaycan

3

1

1

1

2-6

4

3

Ukrayna

3

1

0

2

5-6

3

4

Albaniya

3

0

1

2

0-13

1