Millimiz Avstriyaya yollanıb

Cüdo üzrə milli komandalarımız geniş heyətlə Avstriyaya yollanıblar.

Sportline.az xəbər verir ki, cüdoçular Mittersill şəhərində təlim-məşq toplanışı keçirlər. Hazırlıq prosesində əsas milli komanda, qadınlar və paralimpiya komandası iştirak edir. 

Qeyd edək ki, hər il ənənəvi baş tutan Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Dünyanın 67 ölkəsindən 1500 cüdoçu bu il keçiriləcək beynəlxalq yarışlara və Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Avstriya toplanışında Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı olimpiya çempionları - fransalı Teddi Riner, çexiyalı Lukas Krpalek, rusiyalılar Hasan Xalmurzayev və Beslan Mudranov, kosovalı Majlinda Kelmendi, sloveniyalı Tina Trstenyak, braziliyalı Sara Meneş və digər məşhur cüdoqi ustaları iştirak edirlər. 

Cüdoçuların Mittersill təlim-məşq toplanışına yanvarın 15-də yekun vurulacaq.