Millimiz Belçikaya yollanıb
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyun üçün Belçikaya gedib.
Azərbaycan Voleybol Federasiyasından Sportline.az-a verilən məlumata görə, yığma Roeselare şəhərinə yollanıb.
Komanda avqustun 13-də yerli komanda ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 20:15-də start götürəcək.
Ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb.
Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millinin yekun heyəti:
Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
Baş məşqçi: Fərid Calalov
Köməkçi məşqçilər: Akif Vəliyev, Cəlil Cəlilov