Millimiz Berlində beynəlxalq toplanışa başlayıb

Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisi Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Bu barədə Sportline.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.

Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.