Millimiz beynəlxalq turnirə qatılacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qatılacaq.
Sportline.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
26-28 mayda təşkil olunacaq turnirdə Özbəkistan və Tunis seçmələri də qüvvəsini sınayacaq. Azərbaycan millisi meydan sahibləri ilə qarşılaşacaq. Digər matçda isə Tunis və Özbəkistan yığmaları üz-üzə gələcək. Final və 3-cü yer uğrunda matçlar mayın 28-də olacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirə hazırlıq məqsədi ilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.