Millimiz bu gün Avropa çempionatında 1/4 final matçına çıxacaq

Minifutbol üzrə millimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq.

Sportline.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə 19:00-da başlanacaq.

Qeyd edək ki, milli qrup mərhələsində keçirdiyi bütün görüşləri qələbə ilə bitirib. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstanı mübarizədən kənarlaşdırıb - 3:1.

Ukrayna, İngiltərə, Yunanıstanla mübarizə apardığı A qrupundan lider kimi çıxan Qazaxıstan isə 1/8 finalda Sloveniyanı məğlubiyyətə uğradıb.