Millimiz dünya çempionatına yollanacaq

Qarşıdakı cüdo üzrə gənclər arasında dünya çempionatı üçün Azərbaycan millisinin ilkin heyəti məlum olub.

Sportline.az xəbər verir ki, yığma yarış üçün beşi oğlan, dördü qız olmaqla 9 cüdoçu sifariş edib. 

Mundialda ölkəmizi oğlanlardan Turan Bayramov (60 kq), Rəşad Quluzadə, Kamran Süleymanov (hər ikisi 66 kq), Nəriman Mirzəyev (73 kq), Elcan Hacıyev (81 kq), qızlardan isə Aydan Vəliyeva (48 kq), Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57 kq) və Nərmin Əmirli (78 kq) təmsil edəcək.

Qeyd edək ki, dünya birinciliyi 6-10 oktyabrda İtaliyanın Olbiya şəhərində keçiriləcək. İlk dörd gündə fərdi, son gündə qarışıq komanda yarışı baş tutacaq.