Millimiz FİFA reytinqində irəlilədi
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 4 pillə irəliləyən Azərbaycan millisi 112-ci yerdə qərarlaşıb. Seçməmizin aktivində 300 xal var.
"İlk 10-luq"da isə heç bir dəyişiklik olmayıb:
1 (1). Belçika – 1506
2 (2). Argentina – 1457
3 (3). İspaniya - 1374
4 (4). Almaniya – 1355
5 (5). Çili – 1307
6 (6). Braziliya – 1254
7 (7). Portuqaliya – 1234
8 (8). Kolumbiya – 1215
9 (9). İngiltərə - 1112
10 (10). Avstriya – 1095
Dünya Çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan komandaların reytinqi isə belədir:
4 (4). Almaniya – 1355
25 (25). Çexiya - 861
28 (29). Şimali İrlandiya - 833
51 (50). Norveç - 594
198 (198). San-Marino – 28
Qeyd edək ki, Türkiyə millisi 943 xalla siyahıda 20-ci yerdə qərarlaşıb.