Millimiz son oyununda heç-heçə etdi
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə qrup mərhələsində bu gün son oyununu keçirib.
Sportline.az xəbər verir ki, “Dalğa Arena”da Bosniya və Herseqovina komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə nəticələnib.
Millimizin heyətində 67-ci dəqiqədə Nazlıcan Parlak fərqlənib.
Yığmamız qrupu 7 xalla 6 komanda arasında 4-cü pillədə başa vurub.