Millimizin Xorvatiyaya gedən heyəti

16-17 oktyabrda Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku yarışı keçiriləcək.

Sportline.az xəbər verir ki, Azərbaycan millisi turnirə 11 kişi cüdoçu ilə qatılacaq. Bunlar Rəşad Baxşəliyev, Sənan Əhmədov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Rüfət Şövlətov, Zaməddin Poladov (73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli, Kərim Məmmədov (81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirlidir (100 kq).

Qeyd edək ki, Avropa Kubokunda 26 ölkədən 286 cüdoçunun iştirakı gözlənilir.