Millimizdən fiasko

Azərbaycanın gənclərdən ibarət cüdo yığması Lüksemburqda keçirilən Avropa çempionatında çıxışını başa vurub.

Sportline.az xəbər verir ki, fərdi yarışın son günündə bir  təmsilçimiz tatamiyə çıxıb. Millinin 100 kiloqram çəki dərəcəsindəki üzvü Ruslan Nəsirli ilk görüşdə Böyük Britaniyadan olan rəqibinə qalib gəlsə də, 1/8 finalda Fransa cüdoçusuna uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, Lüksemburqa 12 nəfərlik heyətlə yollanan Azərbaycan yığmasının yarışdan qazancı bir gümüş medal olub. Millinin aktivinə yeganə mükafatı Aydan Vəliyeva (48 kq) yazdırıb.

Qeyd edək ki, 43 ölkədən 351 cüdoçunun iştirak etdiyi qitə birinciliyinə sentyabrın 12-də qarışıq komanda turniri ilə yekun vurulacaq.