Millimizi darmadağın etdilər

Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə ilk yoldaşlıq oyununu keçirib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti oyun sentyabrın 7-də olacaq.

Banner