Millimizin baş məşqçisi ilə yollar ayrılır

Milan Obradoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq.

Sportline.az "Report"a istinadən xəbər verir ki, serbiyalı mütəxəssis AFFA ilə bu il iyunun 15-də başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Buna səbəb 45 yaşlı baş məşqçinin artıq U-21 seçməsində işləmək istəməməsidir. Obradoviç özünü əsas millidə və ya klub futbolunda sınamaq istəyir. Amma onun milli assosiasiyada başqa vəzifəyə təyinat ala biləcəyi də istisna olunmur.

Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin yanvarında Azərbaycanın U-21 millisinə baş məşqçi təyin olunub.