Millimizin baş məşqçisi Türkiyə klubunda

Qadınlardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərov Türkiyədə çalışacaq.

Sportline.az xəbər verir ki, Əsgərov Türkiyənin “Fomget Gənclik ve Spor” klubunun idman direktoru vəzifəsində işləyəcək. 

Türkiyə klubundakı işinə baxmayaraq o, millimizi çalışdırmağa davam edəcək.