Millimizin cüdoçusu zədə səbəbindən məşqlərdə iştirak etmir

Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov bir müddətdir məşqlərə qatılmır. 

Sportline.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.

O, 23 yaşlı idmançının məşqdə zədələndiyini bildirib. 

Federasiya rəsmisi 87 kq çəki dərəcəsində çıxış edən cüdoçunun hazırda müalicə olunduğunu söyləyib. Babanlı Heydərovun qısa zamanda sıraya dönəcəyini və gələcək yarışlarda iştirak edə biləcəyini vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə və Qətərin paytaxtı Dohadakı "World Judo Masters"ə tam heyətlə qatılmaq niyyətindədir. 

Budapeştdəki yarış 23 - 25 oktyabrda, Qətərdəki isə 2021-ci il 11 - 13 yanvarda nəzərdə tutulub. 8 - 10 mayda Bakıda, 11 - 13 dekabrda isə Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan Böyük Dəbilqə yarışları isə ləğv edilib. 

Xatırladaq ki, Hidayət Heydərov (73 kq) 2017-ci ildə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında və Bakıdakı İslam Həmrəyliyi Oyunlarında qızıl medal əldə edib.