Millimizin iki üzvü xarici klubda

Qadın voleybolçulardan ibarət millimizin üzvü Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, “Jaszbereny” klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Komandamızın digər voleybolçusu Polina Rəhimova isə Braziliyaya yollanıb.

Təcrübəli voleybolçu, 2019-2020-ci il mövsümündə "Associachao Volei Bauru" klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, daha bir voleybolçumuz - Ayşən Əbdüləzimova da Macarıstanın “Vaşaş” komandasında oynayır.