Millimizin Lüksemburqa məğlubiyyəti

Futbol üzrə milli komandamız UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib. Komandamız 1:2 hesabı ilə məğlub olub.

Millimiz C Liqasının 1-ci qupunda Kipr və Monteneqro seçmələri ilə mübarizə aparır.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

20:00. Azərbaycan - Lüksemburq 1:2
Qollar: Ramil Şeydayev, 43 (1:0), Anton Krivotsyuk, 48-ö.q. (1:1), Jerson Rodriqes, 72-penalti (1:2)
Qırmızı vərəqə: Mahir Emreli, 25.

Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni

Bakı Olimpiya Stadionu

Qeyd edək ki, milli 3 gün sonra Kiprin qonağı olacaq.