Millimizin məşqçisi Rusiya MOİK-ində

Rusiyanın MOİK komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin olunub.

Sportline.az xəbər verir ki, 46 yaşlı mütəxəssis kollektivlə birgə bu gün İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Kramarenko yeni vəzifədə Sergey Ovçinnikovu əvəzləyib. Ovçinnikov 2020-ci il dekabrın sonlarında digər məşqçi Viktor Onopko ilə birgə "hərbçilər"i tərk edib.

Qeyd edək ki, Dmitri Kramarenko 2002-2003-cü illərdə MOİK-in formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. Mərhum qapıçı Sergey Kramarenkonun oğlu "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq"dan əlavə, Azərbaycan millisinin də formasını geyinib.