Millimizin məşqçisi Rusiyanın tanınmış klubunun hədəfində

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az "Championat" nəşrinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis MOİK-in maraq dairəsinə düşüb.

İddiaya görə, Kramarenko Moskva klubunda qapıçılar üzrə məşqçi vəzifəsinə əsas namizəddir.

Qeyd edək ki, Dmitri Kramarenko 2020-ci ilin avqustundan Azərbaycan millisində çalışır.