Millimizin növbəti məğlubiyyəti
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıqlarını davam etdirir. SportLine.az xəbər verir ki, hazırlıq çərçivəsində seçməmiz daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Təbriz Həsənovun yetirmələri ukraynalı həmyaşıdları ilə qarşılaşıblar. Görüş rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
03 mart 2016
Yoxlama oyunu
Azərbaycan (U-17) – Ukrayna (U-17) - 0:1
Qol: Denis Yanakov, 22 (0:1)
Hakimlər: Əliyar Ağayev, Mübariz Haşımov, Zeynal Zeynalov və Elvin Əsgərov
Bakı Olimpiya Stadionu