Millimizin oyunu italiyalı hakimə tapşırıldı
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev maçtının hakimləri açıqlanıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək.
Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək.
Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan - Moldava görüşü saat 19:00-da başlayacaq.
Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.