Millimizin qapıçısı "Qarabağ"da yubiley oyununu keçirib

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Qarabağ”da 100-cü oyununu keçirib.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperin yubileyi XVI turdan təxirə salınmış “Sumqayıt”la matça təsadüf edib. O, özü üçün əlamətdar qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb – 5:0.
Ümumilikdə, Məhəmmədəliyev “Qarabağ”dakı 100 görüşdə 60 top buraxıb. Bu oyunların 66-sı (-33) Premyer Liqa, 22-si avrokuboklar (-22), 12-si ölkə kubokuna (-5) təsadüf edib.

Qeyd edək ki, "Qarabağ"da 2015/2016 mövsümündə debüt etmiş Şaruddin Məhəmmədəliyev klub tarixinə 100 və daha çox oyun keçirən 4-cü qapıçı kimi düşüb.