Millimizin rəqibi erməniyə tapşırıla bilər
Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibi - Qazaxıstan millisi baş məşqçisiz qalıb.
Sportline.az "kazfootball"a istinadən xəbər verir ki, federasiya rəhbərliyi baş məşqçi əvəzi olan Andrey Karpoviçə qısamüddətli işinə görə təşəkkür edərək, onunla müqavilə imzalanmayacağını bildirib
Qazaxıstan millisinin yeni baş məşqçisi isə böyük ehtimalla Qriqori Babayan olacaq. Belə ki, yerli federasiya 42 yaşlı məşqçinin razılığını alıb. O, ötən ildən Rusiyanın ÇSKA klubunda Aleksey Berezutskinin köməkçisi vəzifəsində çalışır. Rusiya klubu ilə müqaviləsi mayda sona çatacaq erməni mütəxəssis məhz bundan sonra Qazaxıstan millisindəki işinə başlayacaq.
Qazaxıstan millisi iyunun 3-də Nur-Sultan şəhərində yerləşən "Astana Arena" stadionunda Azərbaycan millisini qəbul edəcək.