Millimizin sabiq futbolçusu evləndi
“Bakı”, “Karvan” klubları və Azərbaycan millisinin sabiq futbolçusu Leandro Qomes ikinci dəfə ailə həyatı qurub.
Sportline.az xəbər verir ki, hazırda Braziliyada məşqçiliklə məşğul olan 45 yaşlı mütəxəssis uzun müddətdir birgə yaşadığı Lori Markezlə münasibətləri rəsmiləşdirib.
Nikah mərasimində Leandro ilə Lorinin birgə övladı, həmçinin, futbolçunun ilk evlilikdən olan oğlu da iştirak edib.





