Millimizin sabiq futbolçusu klubunu dəyişdi

İsrailin "Makkabi" (Petah-Tikva) komandasından ayrılan Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev "Hapoel" (Ramat-Qan) klubuna keçib.

Sportline.az Ramat-Qan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu daha əvvəl İsrail mətbuatına açıqlamasında yenidən "gənclik şəhəri" təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.

Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.