Millimizin sabiq üzvü "Kəpəz"də baxışdadır

Milli komandamızın sabiq üzvü Saşa Yunisoğlu "Kəpəz"in düşərgəsindədir.

Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi baş məşqçi Yunis Hüseynovun etimadını doğrultmağa çalışır.

Xatırladaq ki, 32 yaşlı futbolçu son olaraq I Divizion təmsilçisi "Səbail"in formasını geyinib.