Millimizin üzvü 1 xalla kifayətləndi

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” bu turda doğma meydanda “Desna” ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
“Aleksandriya” 8 turdan sonra 10 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.