Millimizin üzvü ən yaxşı seçildi

İsveçrə Super Liqasında III turun ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, turun ən yaxşısı “Qrasshopper”in hücumçusu Renat Dadaşov seçilib.

 Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin hücumçusu “Yanq Boyz”a qarşı keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atıb.