Millimizin üzvü I Diviziona göndərildi
“Sabah” klubu futbolçusu Anatoli Nuriyevi əvəzedici heyətə göndərib.
Sportline.az xəbər verir ki, milliləşdirilmiş 28 yaşlı ukraynalı yarımmüdafiəçi “Sabah”-2” də forma geyinib.
O, Əvəzedicilər Liqasının XXII turunun "Turan Tovuz-2" ilə görüşünə start heyətində meydana çıxıb.
Anatoli 59-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Bakı təmsilçisi ev oyununda 5:0 hesablı qələbə qazanıb.