Millimizin sabiq üzvü İngiltərə klubunda

İngiltərənin “Piterboro” klubunun futbolçusu Serhat Taşdemir komandasını dəyişib.
 
Sportline.az xəbər verir ki, U-19 millimizin sabiq üzvü “Oldhem” klubuna keçib.
 
Bu barədə klubun saytında məlumat yayılıb. 21 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında 2-ci liqa təmsilçisinin formasını geyinəcək.
 
Qeyd edək ki, Serhat 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində 3 oyuna 3 qol vurub.