Millimizin üzvü Rumıniyada kubok qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "CSM Lugoj" komandası ilə Rumıniya Kubokunun qalibi olub.

Sportline.az xəbər verir ki, 28 yaşlı oyunçunun çıxış etdiyi kollektiv finalda "CSM Targoviste"ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib.

Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.

Qeyd edək ki, "CSM Lugoj" cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.