Millimizin üzvündən bəd xəbər
Polşa "Visla"sında (Plotsk) çıxış edən millimizin müdafiəçisi Anton Krivotsyuk Polşa çempionatının 33-cü turunda "Krakoviya" ilə oyunu buraxacaq.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavol Stano məlumat verib. O, millimizin üzvünün zədəsinin tam sağalmadığını deyib.
Krivotsyuk zədə səbəbindən 32-ci turda "Varta" ilə görüşdə (0:3) də iştirak etməyib.
Qeyd edək ki, mayın 13-ü keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.