Millimizin üzvündən yeni müqavilə

"Aleksandriya" millimizin futbolçusu Pavel Paşayevlə müqavilənin müddətini uzadıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, P.Paşayev 2017-ci ildən Ukrayna Premyer Liqası təmsilçisində oynayır.